Bu gün Azərbaycanın daha 5 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.
Teleqraf.com-un məlumatına görə, yarışın növbəti günündə medal qazanmağa namizədlərdən hesab edilən qadın güləşçi Mariya Stadnik, sərbəst güləşçilər Hacı Əliyevlə, Şərif Şərifov və karateçi Rafael Ağayev qüvvəsini sınayacaq. Həmçinin bədii gimnast Zöhrə Ağamirova da öz bacarığını göstərməyə çalışacaq.
50 kq çəki dərəcəsində çıxış edən Stadnik və 97 kq çəkidəki Şərifov Rusiya Olimpiya Komitəsinin təmsilçiləri - müvafiq olaraq, Stalvira Orşuş və Abdulrəşid Sadullayevlə üz-üzə gələcək. 65 kq-da mübarizə aparan Əliyev isə seneqallı Adama Diatta ilə görüşəcək. Hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
75 kq-dakı Rafael Ağayev B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Fərdi proqramda yarışan bədii gimnast Zöhrə Ağamirova ardıcıl olaraq topla, halqa ilə, lentlə və gürzlərlə çıxışını təqdim edəcək.
Tokio-2020
6 avqust
Bədii gimnastika
Təsniifat mərhələsi: Zöhrə Ağamirova
05:42. topla çıxış
07:12. halqa ilə çıxış
10:12. lentlə çıxı.
11.42. gürzələrlə çıxış
06:30. Sərbəst güləş
65 kq
1/8 final. Hacı Əliyev - Adama Diatta (Seneqal)
97 kq
1/8 final. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya Olimpiya Komitəsi)
06:30. Qadın güləşi
50 kq.
1/8 final. Mariya Stadnik - Stalvira Orşuş (Rusiya Olimpiya Komitəsi)
12:00. Karate
B qrupu
Rafael Ağayev - Noa Biç (Almaniya)
Rafael Ağayev - Çuneari Yahiro (Avstraliya)
Rafael Ağayev - Nurkanat Ajiqanov (Qazaxıstan)
Rafael Ağayev - Luici Busa (İtaliya)
Qeyd edək ki, indiyədək Azərbaycanın 44 idmançısından 33-ü çıxışını bitirib, onlardan 3-ü bürünc medal qazanıb.