Paralimpiya çempionu, paracüdoçumuz Ramil Qasımovdan Tokio atletlər kəndində Covid-19 PCR test nümunəsi götürülmüş və test nəticəsi pozitiv çıxmışdır.
Teleqraf.com-un məlumatına görə, bir neçə saat sonra təkrar test nümunəsinin də nəticəsi pozitiv çıxdığı üçün cüdoçumuz Tokioda xüsusi karantinə yerləşdirilmiş və yarışlardan kənarlaşdırılmışdır. Ramil Qasımov karantin rejimi bitdikdən sonra vətənə geri dönəcək.
Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər.
Lakin açılış mərasimində iştirak etmələrinə icazə verilməyib. 11 cüdoçu arasında İki qat Paralimpiya Çempionumuz İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Çempionu Oloxan Musayev olacaqdır.
İdmançılarımızın səhətində heç bir problem yoxdur, hamı yarışa tam hazırdır.