Ukrayna Futbol Federasiyasının İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi "Dnepr"in baş məşqçisi Miron Markeviçi cərimələyib. Teleqraf.com-un məlumatına görə, buna səbəb təcrübəli çalışdırıcının ölkə çempionatının X turunda Kiyev "Dinamo"su ilə matçdan sonrakı davranışı olub.
Belə ki, Markeviç evində 0:3 hesabı ilə uduzduqları qarşılaşma sonrası rəqib komandanın baş məşçisi Sergey Rebrovun əlini sıxmayıb. Dnepr" Mironun bu hərəkətinə görə 5 min qrivna (300 dollar) məbləğində cərimə ödəmək məcburiyyətində qalıb.
Eyni matçda hakimin işinə müdaxilə edən "Dnepr"in məşqçisi Vladimir Jezierski bir oyunluq cəzlandırılıb.