Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız qürur mənbəyimizdir!” devizi ilə veloyürüş keçirilir.
ANS PRESS-in məlumatına görə, yürüş noyabrın 9-da Dövlət Bayrağı Meydanından start götürüb. İştirakçılar Bayraq Meydanı-Azneft prospekti-Dəniz limanı-Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16,5 kilometrlik yürüş başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq.
Yürüşdə peşəkar və həvəskarlardan ibarət 200 velosipedçi iştirak edir.
“Bayrağımız qürur mənbəyimizdir!” devizi ilə keçirilən veloyürüşün təşkilatçıları Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasıdır.