12 Sentyabr 2021 12:42
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib.

O, 80 yaşında vəfat edib.

Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.

Keçmiş müdafiəçi ittifaq çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

Y.Babayev 1963-1971-ci illərdə flaqmanın formasını geyinib.


Müəllif: Mənbə/Report