2 Noyabr 2021 23:26
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Teleqraf.com-un məlumatına görə, 55 kq-da mübarizə aparan idmançı ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gəlib.

Rəqibini 9:0 hesabı ilə məğlub edən Quluzadə dünya üçüncüsü olub və Azərbaycana bu yarışda ilk medalı qazandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər