Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Keçiörengücü" klubunda növbəti qolunu vurub.
Teleqraf.com xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi evdə "Gençlerbirliyi"ni 2:0 hesabı ilə məğlub etdikləri TFF-1-ci liqasının XII tur matçında fərqlənib.
39-cu dəqiqədə oyuna daxil olan İsgəndərli 51-ci dəqiqədə komandasının ilk qoluna imza atıb.
Bu, onun Ankara təmsilçisində cari mövsüm 3-cü qoludur.
Qeyd edək ki, "Keçiörengücü" hazırda 10 xalla 16-cı pillədə qərarlaşıb