13 Noyabr 2021 22:29
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi.

Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın 14-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər