Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo Nazario koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, Ronaldonun özünü yaxşı hiss etdiyi bildirilir.
Futbol üzrə ikiqat dünya çempionunun özünü təcrid etdiyi, koronavirusun simptomlarının yüngül olduğu deyilir.
Xatırladaq ki, Ronaldo Braziliya milli komandasının heyətində iki Dünya Kubokunun, həmçinin Konfederasıya Kubokunun qalibidir. Hücumçu karyerası ərzində “Kruzeyro”, “PSV Eyndhoven”, “Barselona”, “İnter Milan”, “Real Madrid”, “Milan” və “Korintians” kimi klublarda çıxış edib.