Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə 69 yaşlı mütəxəssis özünün tviter hesabında paylaşım edib.
İstanbul təmsilçisi ilə vidalaşan Terim "Cim-Bom"la imzaladığı ilk və son müqavilələrin fotolarını yayımlayıb.
O, paylaşımın üzərində "Qalatasaray"dakı ilk imzam və son imzam" sözlərini yazıb.
Qey edək ki, Fatih Terim 1996 - 2000-ci, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"a rəhbərlik edib.