Niderlandda futzal üzrə təşkil olunan Avropa çempionatı başa çatıb.
Teleqraf.com xəbər verir ki, Amsterdamdakı “Ziggo Dome”də keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıblar.
Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə əldən verib. Yekunda 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub.
Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi isə bürünc medalları qazanıb.
Qazaxıstan millisinin üzvü Brizxan Orazov 7 qolla turnirin bombardiri olub. Ziki (Portuqaliya) isə final mərhələsinin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Azərbaycan yığması Niderlandda qrup mərhələsində mübarizəni dayandırıb.