28 Noyabr 2014 05:10
531

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Çezare Prandelli istefaya göndərilib.

Teleqraf.com-un “Röyters”-ə istinadən verdiyi xəbərə görə, klub rəhbərliyi komandanın italiyalı mütəxəssisin rəhbərliyi altında hazırkı mövsümdə çıxışlarından narazı olub. Çempionlar Liqasında “Qalatasaray” qrupunda sonuncu yerdə qərarlaşıb.

Komandanın "Gaziantepspor"la nəzərdə tutulmuş matça qapıçı üzrə məşqçi Klaudio Taffarelin rəhbərliyi altında çıxacağı bildirilir.

Qeyd edək ki Çezare Prandelli bu ilin iyulundan “Qalatasaray” futbol klubunda baş məşqçi kimi çalışıb.


Müəllif:
Загрузка...