Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.
Teleqraf.com-un məlumatına görə, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin XIII turunda ağ fiqurlarla ingiltərəli Qaveyn Consla üz-üzə gələcək.
Məmmədyarov XIV turda ispaniyalı David Antonla qara, sonuncu - XV turda çinli Dinq Lirenlə ağ fiqurlarla oynayacaq.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.