Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsinin ikinci qonağı əməkdar məşqçi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur.
Teleqraf.com xəbər verir ki, idman ictimaiyyəti ilə görüş çərçivəsində tədbir açılışını gənclər və idman nazirinin müavini Mariana Vasileva edib.
O, Qurban Qurbanovun görüşdə iştirakından şad olduğunu bildirib.
Mariana Vasileva nazirlik adından Qurban Qurbanova xatirə hədiyyəsi təqdim edib.
Qurban Qurbanov isə nazir müavininə "Qurbanov 13" yazılı "Qarabağ" forması və futbol topu hədiyyə edib.
Qeyd edək ki, bu, layihə üzrə baş tutan ilk görüşdür.