Sabiq futbolçu Devid Bekhem geyim kolleksiyası buraxır.
Teleqraf.com xəbər verir ki, Bekhem müştərilərinin Nike, Walt Disney, Marks & Spencer, Calvin Klein, Tommy Hilfiger və başqa leybllər olduğu dünyanın ən böyük ticarət şirkətlərindən biri - Li & Fung ilə uzun müddətli müqavilə imzalayıb. Bekhemin iş tərəfdaşı musiqi və televiziya prodüseri, Idol televiziya musiqi şouları seriyasının və Spice Girls qrupunun yaradıcısı Saymon Fuller olacaq.
Xatırladaq ki, əvvəllər Bekhem özünü moda biznesində sınayıb. 2012-ci ildə o, H&M0-lə əməkdaşlığa başlayıb. Bir il öncə isə Bekhem Belstaff brendi üçün yaratdığı dəri gödəkcələr kolleksiyasını təqdim edib.
Rüstəm