9 Avqust 2022 18:59
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan atleti Aleksis Kopello Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Teleqraf.com xəbər verir ki, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər