11 Avqust 2022 09:44
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Teleqraf.com xəbər verir ki, komanda Avstriyada “Rapid” klubunun qonağı olacaq.

Vyanada “Allianz” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

22:30. “Rapid” (Vyana, Avstriya) – “Neftçi” (Azərbaycan)

Qeyd edək ki, avqustun 4-də Bakıda keçirilən ilk qarşılaşmada “Neftçi” 2:1 hesablı qələbə qazanmışdı.


Müəllif: Teleqraf.com