"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, "ağ-qaralar" Avstriyada "Rapid" klubunun qonağı olub.
"Allianz" stadionunda keçirilən görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 12-ci dəqiqədə "Rapid"in futbolçusu Nikolas Gerrit-Kün qapıçı İvan Brkiçlə təkbətək çıxsa da, topu qapının yanından vurub.
"Neftçi" 20-ci dəqiqədə itki ilə üzləşib. Zədələnən Azər Salahlının yerinə meydana Mert Çelik daxil olub. 7 dəqiqə sonra Vyana təmsilçisi növbəti dəfə hesabı açmağa yaxın olub. Ante Bayiçin zərbəsindən sonra top dirəyə dəyib. Ardınca, Mamadu Mbodj qola mane olub. Daha sonra Gerrit-Künün zərbəsi də qapı dirəyinə tuş gəlib.
37-ci dəqiqədə Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı Niklas Hedl imkan verməyib. 41-ci dəqiqədə "ağ-qaralar"ın təhlükəli hücumunda dəqiqlik çatmayıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb.
İkinci yarının əvvəlində də meydan sahibləri ardıcıl hücumlar qurub. 58-ci dəqiqədə Sayef əks-hücum zamanı 100 faizlik qol şansını boşa verib. Əvəzində 66-cı dəqiqədə "Rapid"in oyunçusu Marko Qrüll hesabı açıb. 71-ci dəqiqədə Sayef ikinci dəfə qapıçı ilə təkbətək qalsa da, bərabərlik qolunu vura bilməyib. 8 dəqiqə sonra Mboc topu qapı xəttindən çıxarmağa müvəffəq olub.
Qarşılaşmanın əsas vaxtı rəqibin 1:0 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub. 92-ci dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən fərqlənməyə yaxın olsa da, top qapı dirəyinə dəyib. 100-cü dəqiqə zədələnən Kenni Sayefi isə Azər Əliyev əvəzləyib. 6 dəqiqə sonra Mboc yerini Ömər Buludova verib. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun qolu sayəsində fərqi artırıb.
Beləliklə, rəqibinə 0:2 hesabı ilə uduzan "Neftçi" Konfrans Liqası ilə vidalaşıb.
00:55
Avstriyada "Rapid" (Vyana) və "Neftçi" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Meydan sahibləri 112-ci dəqiqədə növbəti dəfə fərqləniblər.
"Rapid"in heyətində Ferdi Druif adını taploya yazdırıb.
00:25
Avstriyada "Rapid" (Vyana) və "Neftçi" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt başlayıb.
Meydan sahibləri əsas vaxtda 1:0 hesabı ilə qalib gəlib.
Rəqibin heyətində 66-cı dəqiqədə Marko Qrüll fərqlənib.
00:21
Avstriyada "Rapid" (Vyana) və "Neftçi" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt oynanılacaq.
Meydan sahibləri əsas vaxtda 1:0 hesabı ilə qalib gəlib.
Rəqibin heyətində 66-cı dəqiqədə Marko Qrüll fərqlənib. Bakıdakı görüşdə "Neftçi" 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.
22:24
Avstriyada "Rapid" (Vyana) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu start gotürüb.
Teleqraf.com xəbər verir ki, "Allianz" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb.
Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.