13 Avqust 2022 00:39
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lionel Messi “Qızıl top”a namizədlər siyahısına düşməyib.

Teleqraf.com xəbər verir ki, “France Football” dünya futbolunda ən yüksək fərdi mükafata 30 iddiaçının siyahısını açıqlayıb.

PSJ və Argentina millisinin hücumçusu 2005-ci ildən bəri ilk dəfə “Qızıl top”a namizəd göstərilməyib.

Messi 7 dəfə “Qızıl top”u qazanıb, bu da dünya rekordudur. O, həm də hazırda mükafatın sahibidir.


Müəllif: Teleqraf.com