23 Avqust 2022 20:38
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəqibə hörmət etmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu “Çexiya”nın “Viktoriya” komandasının sabiq baş məşqçisi Karel Kreyçi Plzendə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı “iSport” nəşrinə açıqlamasında deyib.

54 yaşlı mütəxəssis “köhlən atlar”ın güclü komanda olduğunu bildirib:

“Onların baş məşqçisi Qurban Qurbanov uzun illərdir oradadır. “Qarabağ” evdə və səfərdə eyni üslubda oynamağa çalışır. “Viktoriya” dolu tribunalar önündə oynayacaq”.

Çexiyalı sabiq baş məşqçi meydan sahiblərinin təcrübəli oyunçular olduğunu söyləyib:

“Cəzalı durumda olan kapitan Lukaş Heydanın rolunu başqa oyunçu öz üzərinə götürməlidir. Çexiya klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün hər şeyə sahibdir. Komanda ev amilindən, standart vəziyyətlərdən mütləq yararlanmalıdır. “Viktoriya” səfərdəki ilk görüşdə də yaxşı təsir bağışlamışdı”.

Bu gün “Dusan Arena”da keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər