11 Sentyabr 2022 12:46
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə növbəti ustad dərsi keçirilib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanda cüdonun yaranmasının 50 illiyi münasibəti ilə baş tutan tədbir Sumqayıtda "Göyərçin" abidəsinin ətrafında təşkil olunub.

Tədbirdə çıxış edən ACF prezidentinin müşaviri, dünya çempionatının mükafatçısı Natiq Bağırov cüdonun idman növü kimi özündə yaşatdığı fəlsəfi mahiyyət, gənc nəslin fiziki və mənəvi sağlamlığına verdiyi töhfədən danışıb. Bağırov ölkədə son illər cüdoya marağın artdığını, federasiya tərəfindən cüdo idman növü üzrə maddi-texniki bazanın inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan işlər barədə də məlumat verib. O bildirib ki, bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.

Daha sonra paralimpiadanın və dünya çempionatının ikiqat qalibi, 8 qat Avropa çempionu İlham Zəkiyev ACF-in belə tədbiri Sumqayıtda keçirməsinin şəhər sakinlərinin ürəyincə olduğunu bildirərək federasiya rəhbərliyinə təşəkkür edib.

Daha sonra ustad dərsində Natiq Bağırov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və yeniyetmə cüdoçular Aytən Verdiyeva, Aynur Əfəndiyeva, Şahin Oruczadə, Əbil Yusubov müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara, gənclərə nümayiş etdiriblər, sakinlərlə səmimi söhbət ediblər və cüdo ilə məşğul olmağa dəvət ediblər. Onlar iştirakçılara cüdonun fəlsəfəsi və cüdoçuların əməl etməli olduqları qaydalar haqqında geniş məlumat veriblər. Praktik cüdo fəndlərinə maraq göstərən şəhər sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Son olaraq ştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər