16 Sentyabr 2022 18:22
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabah" və "Turan Tovuz" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun açılış matçı bir dəqiqəlik sükutla başlayıb.

Teleqraf.com xəbər verir ki, "Bank Respublika Arena"dakı görüşdən öncə Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi yad edilib.

Ölkə çempionatında əcnəbi oyunçuların da çıxışı nəzərə alınaraq, diktorlar ermənilərin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat, bunun nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçılarının şəhid olması barədə məlumatı ingilis dilində səsləndiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər