Əfsanəvi Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatının 1/4 finalında İngiltərəyə əllə qol vurduğu top hərraca çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, topun ilkin qiyməti 3 milyon funt-sterlinqdir.
Həmin matçda baş hakim Əli bin Naser Maradonanın topu əli ilə necə vurduğunun fərqinə varmayıb. Hazırda bu topun sahibi də məhz həmin hakimdir.
Hərrac noyabrın 16-da keçiriləcək.
Qeyd edək ki, Maradona 2020-ci il noyabrın 25-də vəfat edib.