Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirəcək.
Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, 31 yaşlı qolkiper "Atırau" klubuna keçib.
O, icarə əsasında sözügedən komandada çıxış edəcək.
Qeyd edək ki, Rövşən Hüseynli daha əvvəl Rusiya "Torpedo"sunun da formasını geyinib.