Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na yekun vurulub.
Teleqraf.com xəbər verir ki, yarışın son 2 mərhələsi "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
Sonuncu gündə kayak, kanoe və avarçəkmə üzrə daha 8 qalib müəyyənləşib. Azərbaycan təmsilçiləri yarışı 26 medalla ikinci pillədə başa vurublar. Bunların 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc medal olub.
Reqata başa çatdıqdan sonra ölkələrin nümunəvi paradı gerçəkləşib. Daha sonra isə qaliblər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseyni, deputata Elman Nəsirov və digər rəsmi şəxslər təqdim ediblər.
Qeyd edək ki, beynəlxalq reqatanın açılış mərasimi və birinci mərhələsi Suqovuşanda təşkil olunub.