Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
Aktivində 143,5 xal olan "köhlən atlar" 8 pillə irəliləyərək 83-ü olub.
İlk "3-lük"də 329 xalla "Flamenqo" (Braziliya), 311 xalla "Liverpul" (İngiltərə) və 308 xalla "Palmeyras" (Braziliya) qərarlaşıb.