“Komandada yaxşı əhval-ruhiyyə var”.
Apasport.az-ın məlumatına görə, bu sözləri “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.
O, Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində evdə “Sent-Etye”ni 1:0 hesabı ilə məğlub edib, növbəti mərhələyə adlamalarından danışıb: “Biz bir çox qol epizodunu reallaşdıra bilmədik. Bu topu da vurmasaydıq, ədalətsiz olardı. Dedilər ki, “Qarabağ” hesabı açıb, bu, bizim üçün xoş olmadı.
Çünki biz məsələni həll etmişdik. Daha sonra yenə dedilər ki, Bakıda qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bundan sonra da siz mənim emosiyalarımı gördüz. “İnter”in futbolçularına təşəkkür edirəm. Çünki onlar xarakter göstərdilər və “Qarabağ”a uduzmadılar”.