13 Dekabr 2014 02:11
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı azarkeşlərin “Qarabağ”a qarşı hakim ədalətsizliyinə etirazlarl virtual repressiya olunmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, artıq uefa.com tərəfindən “Qarabağ”-“İnter” matçının bütün videoları silinib. Əsasən də Yutub sosial şəbəkəsində oyundan olan videolar açılmır.


Səhifələrdən də mövzuya aid kommentlər silinir, yazanlar isə çox vaxt ban olunur. Hətta “Qarabağ” azarkeşləri UEFA-nın rəsmi səhifəsində artıq birbaşa "ban" olunmağa başlayıb, filtrasiya əlavə olunub.


Qeyd edək ki, görüşdə çex hakim Miroslav Zelinkanın bağışlanmaz və Ağdam klubunun Avropa qapılarını bağlayan səhvi iki gündür etirazla qarşılanır. Klub rəhbərliyi UEFA-ya şikayət edib, azarkeşlər isə sosial şəbəkədə kampaniya başladıb, bütün dünyaya etirazlar göndərirlər. /axar.az/


Müəllif:

Oxşar xəbərlər