Qətərdə keçirilən dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.
Teleqraf.com-un məlumatına görə, D qrupunun III turunda Danimarka yığmasını minimal hesabla məğlub edən Avstraliya adını pley-offa yazdırıb. "Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb. Komanda bu raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.
***
Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyununda ilk qol vurulub.
60-cı dəqiqədə fərqlənən Mettyu Leki "yaşıl qitə" təmsilçisini hesabda önə çıxarıb.
***
Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
17:49
Qətərdə keçirilən dünya çempionatının D qrupunun III turunda qarşılaşacaq Avstraliya və Danimarka yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
Avstraliya: Metyu Rayan, Degenek, Kay Rouls, Harri Suttar, Aziz Behiç, Aaron Muy, Rayli Makqri, Cekson İrvin, Mettyu Leki, Mitçell Dyuk, Kreyq Qudvin.
Danimarka: Kasper Şmeyxel, Andreas Kristensen, Yoaxim Andersen, Yoakim Mehle, Kristian Eriksen, Pye-Emil Hoybyerq, Andreas Kristensen, Matias Yensen, Andreas Olsen, Yesper Lindström, Martin Breytueyt
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.