Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında G qrupunu ilk pillədə tamamlayıb.
"Sambaçılar" sonuncu turda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup qalibi olub. Yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Vensan Abubakar vurub. 30 yaşlı forvard 1 dəqiqə sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.
Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala qrup lideri kimi adlayıb. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.
4 xalı olan Kamerun seçməsi isə 3-cü yeri tutaraq, DÇ-2022-də mübarizəni dayandırıb.
***
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyununda hesab açılıb.
Afrika təmsilçisi 90+2-ci dəqiqədə Vensan Abubakarın qolu ilə hesabda önə keçib.
***
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
22:03
Qətərdə keçirilən dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Kamerun və Braziliya yığmalarının start heyətləri açıqlanıb.
Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Kamerun: Devis Epassi, Kollins Fai, Nuhu Tolo, Pyer Malonq Kunde, Zambo Angiza, Brayan Mbeumo, Erik Şupo-Motinq, Kristofer Vu, Entso Eboss, Mumi Nqamalyo, Vensan Abubakar
Braziliya: Ederson, Eder Militao, Aleks Telles, Daniel Alves, Fred, Fabinyo, Rodriqo, Antoni, Qabriel Jezus, Qabriel Martinelli
Qeyd edək ki, oyun saat 23:00-da start götürəcək.