16 Dekabr 2022 18:46
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya millisinin və İtaliya "İnter"inin sabiq futbolçusu Sinişa Mixayloviç dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, veteran müdafiəçi 53 yaşında onkoloji xəstəlikdən vəfat edib. Mixayloviç bir müddətdir xərçəngdən əziyyət çəkirdi.

Qeyd edək ki, Sinişa Mixayloviç futbolçu karyerası ərzində "İnter"lə yanaşı, ölkəsinin "Voyvodina", "Srvena Zvezda", İtaliyanın "Roma", "Sampdoriya" və "Latsio" klublarının da formasını geyinib. Baş məşqçi kimi də fəaliyyət göstərən mütəxəssis son olaraq İtaliya "Bolonya"sının sükanı arxasında olub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər