15 Dekabr 2014 17:14
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-dan "Qarabağ" futbol klubunun məktubuna cavab gəlib.

Teleqraf.com klubun saytına istinadən məlumat verir ki, Avropa Liqasının VI oyun günündə baş tutmuş "Qarabağ" - "İnter" (İtaliya) oyununun 90+4-cü dəqiqəsində baş verən olayla bağlı Ağdam təmsilçisi UEFA-ya şikayət məktubu yazmışdı. Bu gün UEFA-dan cavab məktubu gəlib.

Məktubda qeyd olunur: "Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciətiniz qəbul edilib və UEFA-nın İntizam və Nəzarət komitəsinin 05.02.2015-ci il tarixində baş tutacaq iclasında baxılıb qərar veriləcək".

Xatırladaq ki, Avropa Liqasının VI turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" (İtaliya) oyununun 90+4-cü dəqiqəsində çexiyalı hakimlər Riçard Almeydanın vurduğu qolu hesaba almayıb və oyun 0:0 hesabı ilə başa çatıb. Nəticədə qrupda 6 xal toplayan Ağdam təmsilçisi 3-cü sırada qərarlaşaraq yarışla vidalaşıb.


Müəllif:

Oxşar xəbərlər