Yaponiyalı tennisçi Naomi Osaka dünyanın bu il ərzində ən çox qazanan qadın idmançısı seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes”in hazırladığı reytinq cədvəlində qeyd olunub.
Osaka ardıcıl üçüncü ildir ki, siyahıya başçılıq edir. 25 yaşlı tennisçi il ərzində 51,1 milyon dollar qazanıb ki, bunun da 50 milyonu idmandan kənar gəlirlərdir.
Qeyd olunur ki, yapon qadının qazancı onun sahibkarlıq fəaliyyəti ilə bağlıdır.
Reytinqdə ikinci yerdə 2022-ci ildə 41,3 milyon dollar qazanan tennisçi Serena Uilyamsdır.
İlk üçlüyə 20,1 milyon dollarla amerikalı çin əsilli fristaylçı Eylin Qu düşüb.
Qeyd edək ki, Osaka iki dəfə ABŞ Açıq çempionatının qalibi olub. O, 2019-cu ildə Qadın Tennis Assosiasiyasının reytinqində birinci yeri tutub.