Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub.
Teleqraf.com xəbər verir ki, ilin və XVIII turun sonuncu oyununda "Zirə" "Kəpəz"i qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Qonaqların qollarını 25-ci dəqiqədə Fərid Nəbiyev, 41-ci dəqiqədə Nicat Süleymanov vurub. "Qartallar"ın heyətində 11-ci dəqiqədə Rəhim Sadıxov, 90+8-ci dəqiqədə Sertan Taşkın fərqlənib.
Matçda 4 qırmızı vərəqə də göstərilib. 18-ci dəqiqədə "Zirə"dən Coşqun Diniyev, 4 dəqiqə sonra onun komanda yoldaşı Nemanya Ancelkoviç meydandan qovulub. 57-ci dəqiqədə "Kəpəz"in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya eyni halla üzləşib.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb.