23 Dekabr 2014 11:12
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA prezidenti Yozef Blatter qurumun rəhbəri seçkilərində öz namizədliyini irəli sürməyə qərar verib.

Trend xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi “Sky Sports”a istinadən xəbər verir.

78 yaşlı isveçrəli üçün bu müddət beşinci ola bilər. O, bu postu 1998-ci ildən tutur.

Bir müddət əvvəl o, yenidən namizədliyini irəli sürəcəyi barədə danışmışdı. Lakin son günlər onun FİFA ilə bağlı daimi qalmaqallardan yorulduğu üçün fikrini dəyişə biləcəyi barədə məlumat verilmişdi. Blatter öz qərarını rəsmi şəkildə 2015-ci ilin yanvarında, yəni seçkilər üçün ərizə vermək lazım gələndə açıqlayacaq.


Müəllif:

Oxşar xəbərlər