3 Fevral 2023 19:30
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubu Sloveniya "Maribor"unda çıxış edən qapıçı Ajbe Yuqla maraqlanır.

Teleqraf.com "Nogomania" nəşrinə istinadən xəbər verir ki, "köhlən atlar"la yanaşı ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalar da 31 yaşlı oyunçu heyətinə qatmaq istəyir.

"Maribor" hələlik sloveniyalı qolkiper üçün mümkün təklifləri gözləyir.

Qeyd edək ki, Ajbe Yuq 2020-ci ildən "Maribor"da çıxış edir.


Müəllif: Teleqraf.com