İtaliyada keçiriləcək liqa matçlarında Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələlər nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Türkiyə və Suriyada baş vermiş zəlzələlərdə həlak olanların xatirəsi həftəsonu oynanılacaq futbol matçlarından əvvəl bir dəqiqəlik sükutla yad ediləcək.
Federasiyasının prezidenti Qabriele Qravina deyib ki, futbol dünyası zəlzələ qurbanlarının xatirəsini anır. Heç kəs bu faciəni görməzlikdən gələ bilməz.