Dünən rəqib meydanında Belçikanın “Gent” futbol klubu ilə üz-üzə gələn “Qarabağ”ın azarkeşləri Türkiyə ilə bağlı pankart açıblar.
Teleqraf.com xəbər verir ki, tribunada məşəl və bayraqlarla klublarını dəstəkləyən “Qarabağ” tərəfdarları Türkiyədəki zəlzələ qurbanlarını da unutmayıblar.
Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu pankartda “Qardaşlarımız üşüyərsə, biz donarıq” sözləri yazılıb.
Azərbaycanlı azarkeşlərin addımı qardaş ölkədə xoş sözlərlə qarşılanıb.