Beynəlxalq Futbol Federasiyası (FİFA) Fransanın paytaxtı Paris ətrafında yerləşən "Stade de Frans" stadionunun satın alınması ilə bağlı tenderdə iştirak etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, tender 2024-cü ildə Fransanın paytaxtında keçiriləcək Olimpiya Oyunlarından sonra baş tutacaq. FİFA rəhbəri Canni İnfantino Fransa Prezidenti Emmanuel Makronla stadionun satın alınması məsələsini müzakirə edib.
Fransa Futbol Federasiyasının keçmiş prezidenti Noel Le Qre “Stad de Frans”ın alınmasında FİFA-ya kömək edəcək.
Qeyd edək ki, “Stade de Frans” 1998-ci il Dünya Çempionatına ev sahibliyi etmək üçün açılıb və 2024-cü il Olimpiadasına ev sahibliyi etmək üçün istifadə olunacaq. Stadionun təxmini dəyəri 600 milyon avrodur.
Xatırladaq ki, 2022-ci il Çempionlar Liqasının finalı əvvəlcə bu stadionda keçirilib.
Stadion 81 min nəfərlik azarkeş tutumuna malikdir.