29 Mart 2023 21:45
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar onlayn kazinoda böyük məbləğdə pul uduzub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videoçarx yayılıb.

31 yaşlı hücumçu 2 saat ərzində 1 milyon avrodan çox pul itirib.

Qeyd edək ki, zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vuran forvard qumara olan marağı ilə diqqət çəkir.


Müəllif: Teleqraf.com