31 Mart 2023 22:55
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa millisinin baş məşqçisi Didye Deşam RMC-nin jurnalisti Daniel Riolonu məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, buna səbəb mütəxəssisin Kərim Benzemanın DÇ-2022-yə getməyəcəyini açıqlamasından sonra jurnalistin onun əleyhinə “yalançı” və “manipulyator” kimi ifadələr işlətməsidir.

“Deşamın tənqid, hətta sərt tənqidlə problemi yoxdur. Ancaq burada onun ədəb və dürüstlüyü şübhə altına alınır. Riolo “yalançı” və “manipulyator” ifadələrini işlədib. Bunlar qəbuledilməz sözlərdir”, - Deşamın vəkili bildirib.

Xatırladaq ki, Benzema Qətərdəki dünya çempionatı başlamazdan əvvəl zədələnib və komandanın düşərgəsini tərk edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər