9 Aprel 2023 10:36
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Teleqraf.com xəbər verir ki, 8 çəki dərəcəsində millinin 18 cüdoçusu tatamiyə çıxıb.

Qızlar arasında 48 kq çəkidə Vüsalə Hacıyeva və 52 kq-da Xədicə Qədəşova bürünc medal qazanıblar.

Oğlanların yarışında 55 kq-da Azərbaycanın iki cüdoçusu Ayxan Mirzəzadə və Fərid Qarayev finalda qarşılaşıblar. Nəticədə Fərid Qarayev komanda yoldaşını məğlub edərək, birinci yeri tutub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçu Mirxaliq İskəndərov bürünc medala sahib olub.

60 kq çəkidə Məhəmməd Musayev və 66 kq-da Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər