14 Aprel 2023 17:37
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Leroy Sane "Bavariya" rəhbərliyindən Maneni ciddi cəzalandırmamağı xahiş edib.

Teleqraf.com xəbər verir ki, “Bavariya” daxilində münaqişəni uğurla başa çatdırıb.

Sadio Mane Leroy Sanedən üzr istəyib.

Qeyd edək ki, gərginliyə səbəb Çempionlar Liqasında “Mançester Siti”yə qarşı keçirilən oyunda seneqallı hücumçunun komanda yoldaşı Leroy Saneni vurması olub. Komanda yoldaşları futbolçuları ayırsa da, bundan əvvəl Seneqallı Mane Almaniya millisinin futbolçusu Sanenin dodağını partladıb.

Münaqişənin günahkarı kimi Sadio Mane təqsirləndirilib. O, komandadan qovulmaqla və ya transfer olunmaqla hədələnib. Sane komanda yoldaşına sərt şəkildə cəza verilməməsini xahiş edərək seneqallı futbolçunu müdafiə edib. Nəticədə üzr istəyən Sadio Mane 300 min avro cərimələnib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər