24 Aprel 2023 23:16
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda ciddi zədələnib.

Teleqraf.com xəbər verir ki, 47-ci dəqiqədə "Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borxes "Spartak"ın müdafiəçisi Georgi Cikiya ilə toqquşma nəticəsində zədələnib.

Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib.

Daha sonra meydançaya gələn sahə həkimləri braziliyalını özünə gətirib və bir neçə dəqiqədən sonra elektromobillə meydanı tərk edəcək.

Qeyd edək ki, braziliyalı futbolçu daha öncə “Qarabağ”da oynayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər