22 yaşadək futbolçulardan ibarət milli komandaların oyununda kütləvi dava olub.
Teleqraf.com xəbər verir ki, hadisə Cənub-Şərqi Asiya Oyunlarının finalı çərçivəsində İndoneziya – Tailand görüşündə baş verib.
90 dəqiqə 2:2 hesabı ilə yekunlaşdığından, əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə indoneziyalıların hesabda önə keçməsi ilə ara qarışıb. Nəticədə futbolçular və klub rəsmiləri meydançaya axın edərək bir-birilərini yumruqlamağa başlayıblar. Polislər və stadion əməkdaşları onları çətinliklə sakitləşdiriblər.
İnsident yekunlaşdıqdan sonra baş hakim hər iki komandanın bir neçə üzvünə qırmızı vərəqə gpstərib.
Qalan dəqiqələrdə daha iki qol vuraraq 5:2 hesablı qələbə qazanan İndoneziya seçməsi turnirin qalibi olub.