11 İyun 2023 22:31
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə keçirilən dörd Böyük Dəbilqə turnirindən biri olan "Roland Garros" turnirinin finalında serbiyalı tennisçi Novak Cokoviç norveçli Kasper Rudu məğlub edib.

Teleqraf.com xəbər verir ki, görüşün nəticəsi 7:6 (7:1), 6:3, 7:5 olub. ATP reytinqində Cokoviç üçüncü, Rud isə dördüncü yerdədir.

Bu, Cokoviçin "Roland Garros"da üçüncü, karyerasında isə 23-cü Böyük Dəbilqə qalibiyyətidir. 36 yaşlı serbiyalı 22 qalibiyyəti olan ispaniyalı Rafael Nadalı geridə qoyaraq, Böyük Dəbilqə tarixində yeni rekorda imza atıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər