Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.
Bu barədə jurnalistlərə açıqlasında AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
Elmar Məmmədyarovun açıqlamasında aydınlıq gətirən Sərxan Hacıyev komanda sayının dəyişdirilməyəcəyinə vurğu vurub.
"Güman ki, Elmar müəllim yanlış anlayıb. Əvvəldən dediyimiz kimi Premyer Liqada sonuncu yerin sahibi olan "Şamaxı" çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş "Araz Naxçıvan" elitaya yüksələcək".
***
Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq.
Teleqraf.com xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, 2022/23 mövsümündə sonuncu olan “Şamaxı”, həmçinin “Araz Naxçıvan” və “Zaqatala” mübarizə aparacaq.