Fransanın "PSJ" klubunun baş məşqçisi Kristofer Qaltye və oğlu Con-Valoviç Qaltye saxlanılıb.
Teleqraf.com xəbər verir ki, ikisi də irqçilikdə ittiham olunurlar.
İddiaya görə, fransalı mütəxəssis "Nitsa"da işləyərkən klubun idman direktoruna bildirib ki, komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.