29 İyul 2023 10:31
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovinanın "Jelezniçar" komandasının futbolçusu Amar Drina Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyununu buraxacaq.

Teleqraf.com xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin evdə "ağ-qaralar"la 2:2 hesablı heç-heçə etdikləri ilk qarşılaşmada sarı vərəqə görməsi səbəb olub. Bu mövsüm avrokuboklarda 3-cü dəfə rəsmi xəbərdarlıq alan gənc oyunçu cəzalı duruma düşüb.

Sarayevo təmsilçisinin heyətində başqa itkilər də var. Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliç ilk matçda iştirak etməyiblər. İrfan Yaşareviç və Cozef Amoa isə "Neftçi" ilə qarşılaşmada zədələnərək meydanı tərk ediblər.

Qeyd edək ki, avqustun 3-də 8-ci km stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər