9 Avqust 2023 10:49
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.

Fransa "Marsel"i Yunanıstanda "Panatinaikos"un, İsrailin "Makkabi" (Hayfa) komandası Slovakiyada "Slovan"ın, İsveçrə "Servett"i isə Şotlandiyada "Reyncers"in qonağı olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

9 avqust

22:00. "Panatinaikos" (Yunanıstan) - "Marsel" (Fransa)

22:30. "Slovan" (Slovakiya) - "Makkabi" (Hayfa, İsrail)

22:45. "Reyncers" (Şotlandiya) - "Servett" (İsveçrə)

Qeyd edək ki, bu raundaun əvvəlki görüşləri ötən gün oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasında keçirilməli oyun isə yerli azarkeşin öldürülməsinə görə təxirə salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər